Bədii gimnastika üzrə Avropa çempionatı Tallində baş tutacaq
28.05.2024 - 19:14
![Bədii gimnastika üzrə Avropa çempionatı Tallində baş tutacaq](https://ww3.apasport.az/storage/news/2024/may/28/big/6655f259c620a6655f259c620b17169086336655f259c62086655f259c6209.jpeg)
Bədii gimnastika üzrə növbəti Avropa çempionatı Estoniyanın paytaxtı Tallində keçiriləcək.
Apasport.az xəbər verir ki, bu növdə 2025-ci ilin ən nüfuzlu qitə yarışının tarixi də dəqiqləşib.
Yarış iyunun 4-8-də keçiriləcək. Bu çempionatla yeni olimpiya tsikli start götürəcək.
Qeyd edək ki, Estoniya ilk dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
0
0