
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb.
Apasport.az xəbər verir ki, gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.
Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.
Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.
- Konfrans Liqası: "Fənərbaxça"nın rəqibi bəlli oldu - YENİLƏNİB
- Badmintonçularımız Botsvanada 6 medal qazanıblar
- Rüfət Quliyev: "Bunun özü də təzyiqdir və futbolçulara təsir edir"
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
- Elmar Baxşıyev: "Məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil"