Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova bədii gimnastika üzrə məşqçilərimizə seminar keçib.
Apasport.az xəbər verir ki, təlim Milli Gimnastika Arenasında təşkil olunub.
Seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.
Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.
- Xulian Alvares: "Qvardiola mənə dedi ki, Argentina çox yaxşı komandadır"
- Arda Turan İstanbul klubuna baş məşqçi təyin edildi
- Elmar Baxşıyev: "Komandama qarşı antipatiya var"
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Klublarımızın UEFA reytinqi açıqlandı