Dünya kubokunun mərhələlərinin sayı artırılıb
18.12.2024 - 18:29
![Dünya kubokunun mərhələlərinin sayı artırılıb](https://ww3.apasport.az/storage/news/2024/december/18/big/6762dca5eb45d6762dca5eb45e17345322616762dca5eb45b6762dca5eb45c.jpeg)
İdman gimnastikası üzrə Dünya kubokunda mərhələlərin sayı 6-ya çatdırılıb.
Apasport.az xəbər verir ki, bu il yarış 4 turnirdən ibarət idisə, indi onların sayı 6-ya yüksəlib.
Mərhələlərdən biri martın 6-9-da Bakıda keçiriləcək və bu, mövsümün ikinci yarışı olacaq.
Qeyd edək ki, Dünya kubokunda mübarizə fevralın 20-23-də Almaniyanın Kottbus şəhərində başlayacaq, sonuncu mərhələ isə aprelin 25-28-də Misirin paytaxtı Qahirədə olacaq.
0
0