Gənc gimnastlarımız 2 gümüş medal qazandı
05.05.2024 - 23:15
![Gənc gimnastlarımız 2 gümüş medal qazandı](https://ww3.apasport.az/storage/news/2024/may/05/big/6637e24fb1c416637e24fb1c4217149384476637e24fb1c3f6637e24fb1c40.jpg)
Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kuboku yekunlaşıb.
Apasport.az xəbər verir ki, Azərbaycanın gənc gimnastları 2 medal qazanıblar.
Şəms Ağahüseynova lentlə, İlahə Bahadırova isə topla çıxışda gümüş medala yiyələnib. Gövhər İbrahimova beynəlxalq yarışı 7-ci pillədə başa vurub.
Yekunda Azərbaycan yığması Avropa kubokunu 4 medalla başa vurub. Digər 2 medalı böyüklərin çıxışında qrup hərəkətləri komandası qazanıb.
Qeyd edək ki, ilk dəfə təşkil olunan beynəlxalq yarışda 37 ölkədə 160 gimnast yarışıb.
0
0