Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar
19.05.2025 - 15:57
Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar

Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.

Apasport.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə ediblər.

İdmançılar fərdi çıxışlarda da öz bacarıqlarını məharətlə göstəriblər.

Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal), Şəms Ağahüseynova isə lent ilə proqramda (25.299 xal) gümüş medala yiyələniblər.