Gimnastlarımız Türkiyəyə yollanıb
20.03.2025 - 11:52
Gimnastlarımız Türkiyəyə yollanıb

İdman gimnastikası üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərinə yollanıb. 

Apasport.az xəbər verir ki, yığmamız sabah start götürəcək və 3 gün davam edəcək Dünya kubokunda mübarizə aparacaq. 

Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva fərdi yarışlarda fərqlənməyə çalışacaqlar. 

Antalya turniri Dünya kuboku seriyasının üçüncü mərhələsi olacaq. 

Qeyd edək ki, yarışın ilk mərhəsi Kottbusda, ikincisi Bakıda olub.