Milli Gimnastika Arenasında “Rektor kuboku” keçiriləcək
15.12.2024 - 13:38

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Kubokda akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar proqramı üzrə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, "Rektor kuboku" dekabrın 19-da keçiriləcək.
- Qurban Qurbanov: "Oyunun gedişatında arxayınlıq gördüm"
- “Naxçıvan”ın baş məşqçisi: “Gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək”
- Əhmədzadə erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə
- Keyn "ikinci bahar"ını yaşayır - Növbəti rekord
- “Qalatasaray”ın futbolçusu MLS klublarının marağındadır
0
0