İkiqat dünya çempionu Mixail Malkin iyulun 5-6-da Koimbrada (Portuqaliya) keçiriləcək Dünya kubokuna qatılacaq.
Apasport.az xəbər verir ki, tamblinq üzrə Azərbaycan yığmasının liderinin növbəti turniri avqustun 7-17-də Çenqduda (Çin) baş tutacaq Dünya Oyunları olacaq.
Digər tamblinq ustalarımız Adil Hacızadə, Tofiq Əliyev və Bilal Qurbanov da Portuqaliyada təşkil olunacaq Dünya kubokunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan tamblinq ustaları bu il dünya çempionatında artıq fərqləniblər. Bakıda keçirilən mövsümün ilk mərhələsində Hacızadə qızıl, Əliyev isə gümüş medal qazanıb.
- "Mançester Yunayted" "Real"ın forvardını almaq istəyir
- Regekampf: “Hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi”
- Rəhim Həsənov mübahisəli epizodları şərh edib - VİDEO
- Elmar Baxşıyev: “Belə olacağını heç təsəvvür etmirdik” - Müsahibə
- "Mançester Yunayted" yeni sahibinə görə avrokuboklardan kənarda qala bilər