Qrup komandasından 2-ci medal
21.04.2024 - 18:12
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb.
Apasport.az xəbər verir ki, qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar. Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.
Yığmamız bu gün 3 lent və 2 topla daha bir finalda çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanın qrup komandası dünən çoxnövçülükdə bürünc əldə edib.
- Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub
- Kamran Quliyev: “Çalışırıq ki, ilklər yükünü, öz üzərimizə götürüb aparaq”
- Azərbaycan çempionatında növbəti oyun keçiriləcək
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- “Şamaxı”nın futbolçusu Tanzaniya millisinə dəvət alıb
0
0