Təmsilçilərimiz Böyük Britaniya çempionatında
03.10.2024 - 20:53
![Təmsilçilərimiz Böyük Britaniya çempionatında](https://ww3.apasport.az/storage/news/2024/october/03/big/66fec29d0932b66fec29d0932c172797199766fec29d0932966fec29d0932a.jpeg)
Azərbaycan tamblinqçiləri Böyük Britaniyaya yola düşüblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz oktyabrın 4-6-da Telford şəhərində keçiriləcək tamblinq üzrə Böyük Britaniya çempionatında iştirak edəcəklər.
Yığmamızın heyətində Bilal Qurbanov, Mixail Malkin, Hüseyn Əsədullayev böyüklərin, Aleksey Karataşov isə gənclərin yarışında qüvvəsini sınayacaq. Heyətə Adil Hüseyn-zadə rəhbərlik edəcək.
Qeyd edək ki, hakim Rahib Əliyev turnirdə ədaləti qoruyacaq.
0
0