Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb.
Apasport.az xəbər verir ki, 5 sərbəst güləşçimiz finalda mübarizə aparacaq.
Həlledici görüşlər sabah keçiriləcək. 41 kq çəkidə millimizin 2 üzvü qızıl uğrunda yarışacaq.
Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.
Sərbəst güləş, finallar
38 kq
K.Kərimov- İ.Temersultanov (AİN)
41 kq
A.Hüseynli - Q.Məcnunov
48 kq
A.Əsgərli - S.Labazanov (AİN)
85 kq
M.Orucov - İ.Patru (Rumıniya)
- Dambrauskas: "Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil"
- “Fiorentina” evdə, “Empoli” səfərdə məğlub oldu
- Ölkəmizi Gimnaziadada təmsil edəcək gimnastlar bəlli olub
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
- Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO