Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirini 13 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.
Turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Sərbəst güləş üzrə Azərbaycan millisi 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.
Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə ediblər.
- "Çelsi"dən bomba transfer: Ulduz futbolçu üçün fantastik rəqəm
- Portuqaliya millisinin üzvü “Bornmut”da - RƏSMİ
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır
- Millimiz MDB Oyunlarına qələbə ilə başladı
- Tahir Gözel “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri təyin edildi