“Asiya Uşaqları” Oyunlarında 3 medal
30.06.2024 - 20:30
![“Asiya Uşaqları” Oyunlarında 3 medal](https://ww3.apasport.az/storage/news/2024/june/30/big/66818bc2d85bf66818bc2d85c0171976595466818bc2d85bd66818bc2d85be.jpeg)
Rusiyanın Yakutsk şəhərində “Asiya Uşaqları” Oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün U-15 yaş qrupu üzrə sərbəst güləş yarışı keçirilib.
Azərbaycan 3 medal qazanıb. Təmsilçilərimizdən Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürüncə yiyələnib.
Qeyd edək ki, “Asiya Uşaqları” Oyunları güləş yarışları iyulun 2-dək davam edəcək.
0
0