![Avropa çempionatının biletləri satışa çıxarıldı](https://ww3.apasport.az/storage/news/2024/may/15/big/6644f8fa724756644f8fa7247617157962186644f8fa724736644f8fa72474.jpeg)
Mayın 20-dən 26-dək Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri satışa çıxarılıb.
“İticket” vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir. Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.
Biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.