Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
20.11.2025 - 19:12
Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) final görüşündə məğlub olaraq yarışın gümüş mükafatına sahib olublar.
Qeyd edək ki, digər idmançılarımız – Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda güləşəcəklər.
- “İnter” Türkiyə millisinin üzvü ilə yollarını ayıra bilər
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar
- Azərbaycan klubunun kapitanı UEFA-nın kursunda iştirak edir
- Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi
0
0