Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesinin nəticələrinə əsasən 47 şagird uğur qazanıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
İki mərhələdə təşkil olunan qəbul prosesində iştirak etmək üçün 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird tədris ocağına qəbul edilib.
Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Sınaqlar zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləşə uyğun qabiliyyətləri qiymətləndirilib.
- Qvardiola üçün Çempionlar Liqasından dəyərli “Gözəlçə”
- Emin Hüseynov: “Qarabağ”ın stadionu cıdır meydançası kimi bərpa olunacaq”
- Boksçularımızın Avropa çempionatında ilk rəqibləri müəyyənləşdi
- Britaniyalı sürücü sərbəst yürüşdə qəza törədib
- "Sabah"ın baş məşqçisi: "Bizə mümkün rəqiblər arasında ən çətini düşdü"