Beş sərbəst güləşçimiz Budapeştdə mübarizəyə başlayır
06.06.2024 - 10:16

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 5 sərbəst güləşçimiz turnirdə mübarizəyə başlayacaq. Görüşlər saat 12:30-da start götürəcək.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.
- Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
- AFFA-nın yeni prezidenti: "Etimada görə təşəkkür edirəm"
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
- İməməddin Xəlilov: Azərbaycanın Paralimpiya Çempionu Kimdir?
- Felpsin rekordu təzələndi
0
0