Bu gün Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışların ikinci günü baş tutacaq.
Saat 10:30-da beş idmançımız mübarizəyə başlayacaq. Əli Cavadlı (45 kq), Asif Hüseynli (51 kq), Elşən Çərkəzov (60 kq), Nihat Həsənov (71 kq) və Zaur Səfərov (92 kq) təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Saat 18:00-da isə üç güləşçimiz medal uğrunda xalçaya çıxacaq. Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal görüşünə qatılacaqlar. İsfahan Həsənov (80 kq) isə finalda qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Bakıda davam edəcək.
- Tovuzda bol qollu sülh - YENİLƏNİB
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- Regekampf: “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur" - MÜSAHİBƏ
- De Byazi: “O, utancaq görünən, lakin əla xarakterə malik futbolçudur”
- Ölkə çempionatının final mərhələsinin açılış mərasimi keçirilib