
Azərbaycan güləşi ağır itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, bu gün ölkə güləşinin inkişafında əvəzsiz xidmətləri olmuş, 1995-ci ildən 2017-ci ilədək Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışmış Cavanşir Qurbanov dünyasını dəyişib.
Azərbaycan güləşinin xüsusən regionlarda kütləviləşməsində, beynəlxalq arenada yüksək nəticələr əldə etmiş idmançıların yetişdirilməsi istiqamətində mühüm töhfələr vermiş Cavanşir Qurbanov ümumittifaq və beynəlxalq dərəcəli hakim kimi də tanınırdı.
O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə yanaşı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!
- Azərbaycan çempionatında pley-offa yüksələn komandalar məlum olub
- Azərbaycan çempionatının start vaxtı açıqlandı
- "Araz-Naxçıvan" 3 oyunçu ilə VİDALAŞDI
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
- Hüseyn Məhəmmədov: "Neftçi"nin legioner qapıçıya ehtiyacı yoxdur" - Müsahibə