Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə 5 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Azərbaycan millisinin iki güləşçisi qızıl, ikisi bürünc medal uğrunda mübarizə aparacaq.
61 kq çəki dərəcəsində Ruslan Abdullayev finalda Başir Maqomedovla (AİN) üz-üzə gəlib. 0:4 hesabıyla məğub olan təmsilçimiz U-23 dünya çempionatını gümüş medalla başa vurub.
74 kq çəki dərəcəsində Cəbrayıl Qadjiyev təsəlliverici görüşdə İsmet Çiftçiyə 11:3 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda İsmail Xaniyevlə (AİN) güləşib. 8:6 hesabıyla hesabı ilə qələbə qazanan Qadjiyev bürünc medal qazanıb.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub.
- Bellinqem matçın ən yaxşısı seçildi - İngiltərəni yarımfinala daşıdı
- “Şəfa” “Səbail”ə rəqib oldu - YENİLƏNİB
- Şahmatçılarımız üçün növbəti ustad dərsi təşkil edilib - FOTO
- Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
- Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb