Güləşçimiz dünya çempionu olub
02.08.2025 - 21:43
Güləşçimiz dünya çempionu olub

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 güləşçimiz mundialda fəxri kürsüyə qalxıb.

Hüseyn İsmayılov (65 kq) finalda amerikalı Arseni Kikinyovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn həmyerlimiz dünya çempionu olub.

Hakim Tağıyev (110 kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir şans tanımayıb – 13:4. Milli üzvü həlledici qarşılaşmada bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medalı boynundan asıb.

Rəvan Həsənzadə (48 kq) isə üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Rabadanova 9:11 hesabıyla məğlub olub.