Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU
22.08.2025 - 19:41
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.
Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- Bədii gimnastlarımız Sofiyaya YOLLANACAQ
- Yüksək Liqada növbəti oyun keçiriləcək
- FİFA Hakimlər Komitəsinin rəhbəri: “Göyərmiş gözü isə dəhşətli bir kadr idi”
- Rəşad Sadıqov: "Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik"
0
0