İki qadın güləşçimiz Avropa çempionatının finalında!
23.05.2024 - 18:08
![İki qadın güləşçimiz Avropa çempionatının finalında!](https://ww3.apasport.az/storage/news/2024/may/23/big/664f4b0387d15664f4b0387d161716472579664f4b0387d13664f4b0387d14.png)
Bakıda keçirilən U-23 Avropa çempionatında iki qadın güləşçimiz finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmada mübarizə aparacaqlar.
Jalə Əliyeva ukraynalı Solomiya Vinnikə 3:1 hesabıyla qalib gəlib.
Elnurə Məmmədova isə litvalı rəqibi Laura Staneliteni 7:0 hesabı ilə məğlub edib.
0
0