Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilərimiz müəyyənləşib.
Apasport.az xəbər verir ki, noyabrın 18-dən 21-dək xalça üzərinə 18 təmsilçimiz çıxacaq.
Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq), qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) iştirakçılar sırasında yer alacaq.
Qeyd edək ki, yarışda yalnız olimpiya çəkiləri üzrə mübarizə baş tutacaq.
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- 2023-cü ilin son turunun oyun cədvəli açıqlandı
- Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq”
- Modeldən milli qapıçısına DÇ-2022 vədi: Unudulmaz gecə
- "Araz-Naxçıvan" Birinci Liqa klubu ilə yoxlama oyunu keçirəcək