Millimiz Avropa çempionu olub
14.04.2025 - 00:55
Millimiz Avropa çempionu olub

Sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.

Apasport.az xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü adını qazanıb.

Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.