Millimiz dünya üçüncüsü olub
24.08.2025 - 22:50
Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.
90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub.
Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.
- Kvaratsxeliya Ronaldonu basketbolçu ilə müqayisə etdi
- Maksim Medvedev: “Bayer” daha səs-küylü komandadır" - Müsahibə
- Daha bir türk ağırlıqqaldıran qələbəsini Azərbaycana həsr etdi
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- Boksçumuz erməni rəqibinə qalib gəldi - BEYNƏLXALQ TURNİRDƏ
0
0