Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb
09.05.2024 - 20:13
![Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb](https://ww3.apasport.az/storage/news/2024/may/09/big/663cf448ad989663cf448ad98a1715270728663cf448ad987663cf448ad988.png)
Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.
0
0