Nurməhəmmədovdan bürünc medal
15.09.2025 - 23:32
Nurməhəmmədovdan bürünc medal

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) Zaqrebdə (Xorvatiya) keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə Nurməhəmmədov gürcüstanlı Miriani Maysuradzeni 5:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bundan əvvəl dünya çempionatının gümüş medalını Giorgi Meşvildişvili (125 kq), Nurəddin Novruzov (61 kq) və Arseni Cioyev (86 kq) isə bürünc medalla başa vurub.