
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində üçüncü görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Maqomed Ramazanovla qarşılaşıb.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, yarımfinalda Vasili Mixaylovla (Ukrayna) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala adlayıblar.
- “Mançester Yunayted” yeni transferlər üçün 230 milyon avro ayırıb
- Qurban Qurbanov: “Ən böyük təcrübəm “Barselona”da oldu”
- Kaxaber Tsxadadze "Qəbələ"də qaldı - Yeni müqavilə
- “Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava: 7 futbolçu diskvalifikasiya olundu
- DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...