Qadın güləşçilərimiz final görüşünə çıxacaqlar
24.05.2024 - 10:13
Bu gün Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında 8 güləşçimiz mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə həm də qadınlar arasında bəzi çəkilərdə mükafatçılar bəlli olacaq.
Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) sərbəst güləş üzrə mübarizəyə ilkin mərhələdən başlayacaq.
Qadınlardan Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
- “Barselona”dan növbəti ulduz transferi
- Elvin Məmmədov: “Ümidvaram ki, hər şey millimiz üçün yaxşı alınacaq”
- U-21 Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək
- Abdullah Avcı yenidən “Trabzonspor”da
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
0
0