![Sərbəst güləş üzrə Azərbaycan millisi 4 medalla Vətənə dönüb](https://ww3.apasport.az/storage/news/2024/october/30/big/6721b970b8dd36721b970b8dd417302634086721b970b8dd16721b970b8dd2.jpeg)
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında 4 medal qazanan sərbəst güləş millimiz vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, 1 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında 3-cü yeri tutan komandamızın Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Yığmanın məşqçisi Taymuraz Kokoyev brifinqdə bunları deyib:
“Güləş azarkeşlərimizi əldə olunan uğurlara görə təbrik edirəm. Komanda hesabında 3-cü olmaq yaxşı nəticədir. Bizim üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı. Yüksək səviyyədə təlim-məşq toplanışları, vitaminlə təminat, qidalanma - hər şey qaydasında idi. Fürsətdən istifadə edib, federasiyamıza, GİN və MOK-a təşəkkürümüzü bildiririk. Səylə, peşəkar şəkildə dünya çempionatına hazırlaşdıq. Nəticələrdən razıyıq. Amma məşqçilər və idmançılar hər zaman daha yüksək uğurlara ümid edirlər. Səhvlərimiz üzərində işləyəcəyik. Bundan da yaxşı nəticələr göstərməyə çalışacağıq".