Turan Daşdəmirovdan gümüş medal
23.08.2025 - 19:33
Turan Daşdəmirovdan gümüş medal

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti mükafatlar öz sahiblərini tapıb.

55 kq çəki dərəcəsində Turan Daşdəmirov final görüşünə çıxıb.

Onun rəqibi iranlı Ahmadi Balotaki olub. 3:5 hesabı ilə uduzan Turan çempionatın gümüş medalına sahib çıxıb.