U-17 DÇ: İbrahim Həsənov finalda! - YENİLƏNİB
01.08.2026 - 18:33
U-17 DÇ: İbrahim Həsənov finalda! - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 1/8 finalda Gürcüstan təmsilçisi Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub edib.

Həsənov 1/4 finalda Hindistan idmançısı Qovind Qovindiyə 10:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda isə o, rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə üstələyərək finala adlayıb.

İbrahim Həsənov qızıl medal uğrunda sabah İran təmsilçisi Benyamin Aşoften Mayvanla qarşılaşacaq.

Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.