U-17 DÇ: Tunar Həsənov 1/4 finalda dayandı
01.08.2026 - 15:51
Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan təmsilçisi Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ
- Kukuryella "Barselona"ya qayıdır: "ÇELSİ"DƏ İŞLƏR YOLUNDA GETMİR
- Murad Musayev "Krasnodar"a rəhbərlik edə bilər
- "Abşeron Lions" heyətini amerikalı ilə gücləndirib
- Kristensen "Barselona"nın 300-cü "El-Klassiko" qolunu vurdu
0
0