Avropa Kuboku: “Qarabağ” rəqibinə məğlub olub - YENİLƏNİB
16.11.2024 - 15:50
![Avropa Kuboku: “Qarabağ” rəqibinə məğlub olub - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/november/16/big/673864a19ffcd673864a19ffce1731749025673864a19ffcb673864a19ffcc.jpg)
Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.
Qeyd edək ki, komandalar arasında cavab matçı sabah baş tutacaq. Razılaşmaya əsasən hər iki oyun Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq.
0
0