Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
01.11.2024 - 16:54
Azərbaycanın kişi həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 34:28 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan "Turan" komandası Bakıda daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırır.
“AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə noyabrın 6-da yekun vurulacaq.
- “Real” xeyriyyə oyunu keçirəcək: Türkiyəyə yardım üçün
- Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
- Reynaldo “Qarabağ” – “Gent” cütünün şanslısını açıqladı
- Vüsal İsgəndərli: "İnanıram ki, millidən dəvət gələcək"
- Avropa çempionu olan millimiz böyük coşqu ilə qarşılandı - FOTOLENT - VİDEO
0
0