Azərbaycanlı hakimlər Avropa Kubokunda
25.11.2024 - 18:54
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.
Apasport.az xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) - “Melzungen” (Almaniya) matçında ədaləti qoruyacaqlar.
Qeyd edək ki, görüş noyabrın 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedəki "Yane Sandanski" arenasında keçiriləcək.
- Qurban Qurbanov: “Komanda istədiyimiz kimi hazır deyil”
- "Neftçi"yə bosniyalı qapıçı: Amma bir problem var...
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"
- Millətlər Liqası: Kerem Aktürkoğlu Ronaldo və Haalandı geridə qoyub
- Kurban Berdiyev: “Daha da yaxşı oynaya bilərdik"
0
0