“Azəryol” finalda
21.05.2025 - 17:25
“Azəryol” finalda

Bu gün həndbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıb.

“AHF Arena”da keçirilən görüşün ilk hissəsi nominal qonaqların 3 xallıq üstünlüyü ilə yekunlaşıb - 17:14. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Azəryol” matçı 35:26 hesablı qələbə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.