Həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib
17.02.2025 - 15:56
Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub.
Apasport.az xəbər verir ki, kişilərin final mərhələsində 1-4-cü yerlər uğrunda mübarizə aparan “Kür” “Bakı” ilə qarşılaşıb.
Qarşılaşma birincilərin 23:21 hesablı qələbəsi ilə bitib.
Qadınların yarışında da “Kür” kollektivi qələbəni bayram edib. “İdman Akademiyası”nı qəbul edən Mingəçevir təmsilçisi meydandan 30:23 hesabı ilə qalib ayrılıb.
Hər iki matç “Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
- Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə
- Bu gün "Böyük Dəbilqə"də 4 cüdoçumuz mübarizə aparacaq
- Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqladı
- “Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu
- Ukrayna millisində ayrılıq - Rebrov dövrü rəsmən bitdi
0
0