Avqustun 30-dan sentyabrın 3-dək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki, “AHF Arena”da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək.
OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) B qrupunda mübarizə aparacaq.
Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər.
- Santos: “Sabah”ın vurduğu qolda qapıçımıza kobudluq vardı” - MÜSAHİBƏ
- “Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Batut gimnastikası üzrə Azərbaycan çempionatı start götürür
- Lavon Holland: “Birlikdə qeyd edəcəyimiz çox qələbələr olacaq”