![“Kür” Avropa kubokunda növbəti matçına çıxacaq](https://ww3.apasport.az/storage/news/2024/october/27/big/671ddb0cb5d52671ddb0cb5d531730009868671ddb0cb5d50671ddb0cb5d51.jpeg)
Kişi həndbolçular arasında Avropa kubokunda ölkəmizi təmsil edən “Kür” bu gün növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Mingəçevir klubu 2-ci mərhələnin cavab oyununa çıxacaq.
Təmsilçimiz ilk görüşdə məğlub etdiyi “Panassios”la üz-üzə gələcək. Bir gün əvvəl eyni meydana qonaq qismində çıxan “Kür” bu dəfə ev sahibi olacaq.
Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
17:00. “Kür” - “Parnassos” (Kipr)
Hakimlər: Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun - 35:31