“Kür”ün oyunlarına monteneqrolu hakimlər
29.09.2024 - 13:21
Qadın həndbolçulardan ibarət “Kür” komandasının avrokubok oyunlarının hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, təmsilçimizin Avropa kubokunun 2-ci mərhələsinin “İonias”la oyunlarını eyni referilər idarə edəcək.
Monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.
Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.
- Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib
- Bu gün Qitələrarası Kubokun qalibi bəlli olacaq
- Valdas Dambrauskas: “Ümid edirəm ki, revanş ala biləcəyik”
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- Voyislav Stankoviç: "Neftçi"nin "Beşiktaş”la görüşdə "come back" etmək şansı...” - MÜSAHİBƏ
0
0