Millimiz yenə məğlub oldu
15.03.2025 - 17:00

Kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milisi də növbəti matçına çıxıb.
Komandamız 5-8-ci yerlər uğrunda matçda Paraqvayla qarşılaşıb.
Lakin bu görüş də yığmamız üçün uğursuz keçib. Millimiz 12 xal fərqi ilə məğlub olub – 22:34.
Qeyd edək ki, komandamız sabah 7-ci yer uğrunda qarşılaşmada Moldova – Kipr duelinin uduzanı ilə qarşılaşacaq.
0
0