Ölkə kubokunda finalçılar müəyyənləşdi
28.05.2024 - 09:08
Həndbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə “Qarabağ” və “Kür” kollektivləri qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar.
Onların finaldakı rəqibi digər yarımfinal cütündə “İdman Akademiyası”na (45:28) qalib gələn “Azəryol” həndbolçuları olacaq.
“Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək.
- Rusiyalı mütəxəssis: “Bakıda piyada ancaq sürətlə qaçaraq yolu keçə bilər”
- "İmarət" stadionundan görüntülər - VİDEO
- Elmar Baxşıyev: "Heç bir komandaya qarşı belə hakimlik arzulamıram"
- Sabiq “Mançester Yunayted”li Çempionşip klubunun hədəfində
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
0
0