“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi
10.11.2024 - 14:26
![“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2024/november/10/big/67308a758335267308a7583353173123442167308a758335067308a7583351.jpeg)
Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokuboklardakı növbəti oyunlarının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin “Qaliçanka” ilə görüşlərini Rumıniyadan olan hakimləri idarə edəcəklər.
Hər iki matça İonut Marian Kazan və Qesur Suliman təyinat alıblar. Onların işinə türkiyəli hakim-inspektor Kenan Sivrikaya qiymət verəcək.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək ilk oyunda Ukrayna təmsilçisi, ertəsi gün “Qarabağ” meydan sahibi olacaq. Hər iki matç Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.
0
0