“Turan” 2 yoxlama matçı keçirib
05.11.2024 - 18:59
![“Turan” 2 yoxlama matçı keçirib](https://ww3.apasport.az/storage/news/2024/november/05/big/672a33d75dcd0672a33d75dcd11730819031672a33d75dcce672a33d75dccf.jpeg)
Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi Azərbaycan klubları ilə iki yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, "Dinamo" ilə qarşılaşan asiyalılar 31:27 hesablı qələbəyə sevinib.
Daha sonra "Bakı" ilə üz-üzə gələn "Turan" məğlub olub. Qarşılaşma Azərbaycan klubunun 38:28 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan "Turan" komandası Bakıda daha əvvəl "Azəryol" komandası ilə qarşılaşıb.
“AHF Arena” İdman Kompleksində təşkil olunan yoxlama görüşü təmsilçimizin 34:28 hesablı qələbəsi ilə bitmişdi.
0
0