Emin Cəfərov Konfrans Liqası oyununa təyinat aldı
22.07.2024 - 23:28
![Emin Cəfərov Konfrans Liqası oyununa təyinat aldı](https://ww3.apasport.az/storage/news/2024/july/22/big/669ea9789ca51669ea9789ca521721674104669ea9789ca4f669ea9789ca50.jpg)
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya Krayova” (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.
“Maribor” – “Universitatya Krayova” matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.
0
0