Avarçəkənimiz Türkiyədə iki medal qazanıb - VİDEO
23.04.2024 - 21:53

Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq Türkiyə çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, yarışda qardaş ölkənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.
Bütün yaş kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycan avarçəkəni 2 medal qazanıb. Əlimurad Hacızadə tək nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə üçüncü yer tutub.
- Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ
- AFFA futboldan uzaqlaşdırılan iki nəfərin şikayətini təmin etməyib
- Murat Dikmən: “Hər ötən gün daha da güclənirik”
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- Şahmatçımız erməni rəqibinə qalib gəlib
0
0