Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
23.05.2024 - 13:54
![Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər](https://ww3.apasport.az/storage/news/2024/may/23/big/664f135b7182b664f135b7182c1716458331664f135b71829664f135b7182a.jpeg)
Gənc avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, 24-26 may tarixlərində Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.
Yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.
0
0